Azərbaycan MDB-də birinci oldu - HESABAT
13:37 16.12.2019
İqtisadiyyat
606
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adambaşına düşən qızıl-valyuta ehtiyatlarının həcmi 4 890 ABŞ dolları təşkil edib ki, bu da MDB ölkələri arasında qeydə alınmış ən yüksək göstəricidir.
Bu barədə "APA-Economics" Belarusun "banki24" nəşrinin dərc etdiyi icmala istinadən xəbər verir.
Bu göstərici üzrə Azərbaycan MDB-də Qazaxıstan (4 790 dollar) və Rusiya (3 690 dollar) kimi ölkələri geridə qoyub. Moldovada bu göstərici 1 030 dollar, Belarusda – 970 dollar, Özbəkistanda – 840 dollar, Ermənistanda – 800 dollar, Ukraynada – 605 dollar, Qırğızıstanda – 350 dollar olub.
İcmalda həmçinin qeyd olunub ki, MDB ölkələri arasında ən böyük ümumi qızıl-valyuta ehtiyatlarına isə Rusiya (542 mlrd. dollar) və Qazaxıstan (89,1 mlrd. dollar) malikdir.
Hesabat ilində Azərbaycanın ümumi qızıl-valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 11,4% artıraraq 49,2 mlrd. dollara çatıb. Bu göstərici üzrə Azərbaycan MDB-də Rusiya və Qazaxıstandan sonra 3-cü olub.
Valyuta ehtiyatlarının bir hissəsi hələ də strateji dövlət fondlarında yerləşdirilir. Azərbaycan Dövlət Neft Fondunun payına ölkənin ümumi qızıl-valyuta ehtiyatlarının 87,5%-i düşür.
Ümumilikdə, 2018-ci ilin sonundan 2019-cu ilin noyabr ayınadək öz milli valyutası olan 18 MDB və 16 Şərqi Avropa ölkəsi qızıl və valyuta ehtiyatlarını dollar ifadəsində artırıb. Qazaxıstan və Gürcüstanda artım cüzi olub. Yalnız Bolqarıstan və Rumıniyada qızıl və valyuta ehtiyatları azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm