Bir ay səbir edin! - "Ərzaq pulu olmayanlara dövlət yardım edəcək" - Siyahı var
Yusif Nəzərli
11:24 23.03.2020
İqtisadiyyat
2939
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar Azərbaycanda xüsusi rejim tətbiq olunub. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərinə başlanıb.
Əlbəttə, bu məqamda fəhlə və gündəlik xidmətlə məşğul olub, günü 10 manata işləyənlər maddi durumlarının ağırlaşa çağından narahatdırlar. Onlar bir ay evə çörəkpulu apara bilməyəcəklərini düşünürlər. Bu məsələ onları qayğılandırmaya bilməz. Amma Azərbaycan hökumətinin gördüyü çoxvektorlu və konseptual tədbirlər zamanı bu məsələ də nəzərə alınmamış deyil.
Maraqlıdır, dövlət həmin şəxslərə hansı formada dəstək göstərəcək?
Sualınızı cavablandıran "Altay" Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Elçin Bayramlı "Sherg.az"a bildirib ki, hələlik, şəxsi fəaliyyətlə məşğul olanların işi dayandırılmayıb, hətta dayansa belə, 1 ay evdə yemək üçün ərzaq almağa pul taparlar:
"4-5 nəfəriik ailənin ərzağını 200 manatla da təmin etmək olar. Əlbəttə, çətin vəziyyətdə olanlara, aylıq ərzağa belə pulu olmayanlara dövlət yardımlar edəcək. Hələ ki, fövqəladə vəziyyət elan olunmayıb, o kritik vaxta gəlib çatmamışıq. Yoxsul, işsiz, xəstə, əlil insanların, köməyə ehtiyacı olanların siyahısı müvafiq dövlət orqanlarında, bələdiyyələrdə var. Dövlət üzərinə düşən hər şeyi edir və edəcək. Ən mürəkkəb anda bu dar günlər üçün yıdığımız 50 milyard dollarlıq strateji ehtiyatlardan xərclənəcək. Fonda da böyük vəsaitlər yığılır. Təkcə dövlət yox, şirkətlər, imkanlı vətəndaşlar da xəstə, əlil, yoxsul insanlara kömək edəcək. Onlarla xeyriyyə cəmiyyətləri, sosial yardım fondları var, onlar da edəcək. Heç kim acından ölməyəcək. Cəmi 1 ay səbr etmək lazımdır. Vətəndaşlar qoyulan qaydalara riayət, tövsiyyə edilən məsləhətlərə əməl etməlidir. İnşallah bu bəlanın öhədəsindən birlikdə gələcəyik"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət