“BMT-nin bu sənədi ölkəmiz üçün çox önəmli göstəricidir”
Şəymən Bayramova
14:53 11.07.2020
İqtisadiyyat
1077
“Dövlətimizin apardığı islahatların nəticəsində Azərbaycan qonşu ölkələri geridə qoyaraq 54-cü yerdə qərarlaşıb”
“Respublikamız bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək”
"Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət, prinsipial və müstəqil siyasət hesabına qazanıb".
Bu sözləri Azərbaycanın özündən dəfələrlə böyük dövlətləri üstələyərək
“davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasını "Sherg.az"a şərh edən millət vəkili Könül Nurullayeva deyib.
Deputatın fikrincə BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında Azərbaycanın 54-cü pillədə yer alması ölkəmiz üçün çox önəmli göstəricidir:
"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ötən il həyata keçirilən sosial paketlər vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərib.
Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən təsdiq olunur. Məhz bunların nəticəsidir ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb".
Ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olmasını bizim üçün qürurverici hadisə adlandıran K.Nurullayeva deyib ki, dövlətimizin apardığı islahatların, həyata keçirdiyi müvafiq tədbirlərin nəticəsində Azərbaycan qonşu ölkələri geridə qoyaraq 54-cü yerdə qərarlaşıb:
"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Respublikamız bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək, postpandemiya dövründə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün problemlərimizi Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həll edə biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya