Bu sahə çox gəlirlidir: Azərbaycan da hərbi sənaye bazarına daxil olmağı bacardı
Yusif Nəzərli
05:44 08.09.2022
İqtisadiyyat
442
"Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bir neçə cəhəti ilə xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, hər şeydən öncə qeyd etmək lazımdır ki, sərgidə nümayiş etdirdiyi məhsullarla Azərbaycan özünün hərbi sənayeyə malik olan ölkələrdən biri olduğunu bir daha təsdiq etmiş oldu: "Hərbi sənaye olduqca gəlirli sahə hesab edilməsinə baxmayaraq, belə məhsullara aid olan beynəlxalq ticarət konkret dövlətlər və onlara aid şirkətlərin bir növ inhisarında olan sahə hesab edilir.
Çünki hərbi sənayenin yaradılması və istehsal edilən məhsulların bazarda rəqbətqabiliyyətli olmasının təmin edilməsi həddindən artıq böyük miqdarda kapital, ciddi intellektual və yaradıcı keyfiyyətlərə sahib mühəndis və kadr potensialı tələb edir. Azərbaycan son illərdə uğurlu və rəqabətqabiliyyətli hərbi sənaye formaşaldırmağı bacarmaqla artıq bu bazara daxil ola bilib. IV Beynəlxalq Müdafiə “ADEX” sərgisində Azərbaycan 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahları nümayiş etdirdi. Ona görə də Azərbaycan pavilyonu dünyanın 30-dan çox ölkəsindən qatılan 200-dək şirkətin və bütün iştirakçıların diqqət mərkəzində oldu. Bu sərgi həm də Azərbaycanın hərbi sənaye üzrə tərəfdaşları və ortaqlarının uğuru hesab edilə bilər.
Çünki Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə Azərbaycanın əməkdaşlığı dost ölkələrlə birlikdə müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət edir. Həm də müdafiə sənayesi məhsulları kimi strateji bir bazarda iştirakçılıq payımızı artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil