Çörəyin çəkisini azaldırlar
Yusif Nəzərli
09:16 19.08.2022
İqtisadiyyat
892
Eyyub Hüseynov: "Əgər çörəyin çəkisi azalırsa, qiymət dəyişmirsə, bu o deməkdir ki, çörək bahalaşıb"
Unun bahalaşmasından sonra xərcləri artan sahibkarlar çörəyin qiymətinə müdaxilə edə bilmədikləri üçün çəkisini azaltmaqla vəziyyətdən çıxmağa çalışırlar. Artıq zavod çörəyinin çəkisində hiss ediləcək dərəcədə azalmanın olduğunu əksər istehlakçılar təsdiqləyirlər. Hətta bir müddətdən sonra çörəyin qiymətinin qalxması da istisna edilmir.
Qeyd edək ki, qida məsələləri üzrə mütəxəssis Ağa Salamov çörəyin çəkisinin azaldılmasını əks etdirən foto paylaşıb. Şəkli özü şəhərdəki mağazalardan birində çəkdiyini qeyd edib: “500-530 qramlıq çörək möcüzə şəklində və insanların sağlamlığını düşünərək azaldılıb 450 - 460 qr olub”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, çörəyin çəkisi ilə bağlı məsələ sərbəst olduğundan, istehsalçılar bunu istədikləri kimi nizamlayırlar:
“Yəni standarta uyğun çörək istehsal edilmir. Dövlət tərəfindən çörəyin qiymətinə nəzarət olunsa da, bu, doğru deyil. Çünki ölkədə azad bazar iqtisadiyyatı olduğundan, dövlət orqanlarının çörəyin qiymətinə nəzarət etməyə ixtiyarı yoxdur. Amma qiymətə nəzarət edildiyi və dünya bazarında taxılın bahalaşdığı bir şəraitdə, çörək istehsalçıları çəkini aşağı salmaqla özlərinin mövcudluğunu qoruyub saxlayırlar.
Bununla belə ekspert hesab edir ki, çörəyin çəkisinin azaldılması istehlakçı hüquqlarının pozulması deməkdir: “Biz də xeyli vaxtdır müşahidə edirik ki, unun qiyməti artıb, bəzi çörəklərin ümumi çəkisinin azaldılmasına yol verilib. Bununla bağlı Birliyə çoxsaylı şikayətlər də daxil olur.
Adətən taxılın və unun qiyməti artırsa, çörəyin də qiyməti qalxmalıdır. Hazırda isə qiymət artımı müşahidə edilmir. Əgər çörəyin çəkisi azalırsa, qiymət dəyişmirsə, bu o deməkdir ki, çörək bahalaşıb. Çəkini aşağı salırlar, amma qiyməti sabit saxlayıb əhalini aldadırlar.
Çörəyin qiymətindəki artım gizli inflyasiyadır. Bu da çörəyin çəkisinin azaldılması ilə nəticələnir. Çörəyin çəkisinin azaldılması, əslində qiymətin bahalaşmasıdır. Bu da inflyasiyanı gizlətmək məqsədi daşıyır”.
E.Hüseynov çörəyin bahalaşmasını bir neçə səbəblə əlaqələndirib:
“Bunlardan biri xaricdən gətirilən un və buğda məhsullarının dünya bazarında qiymətinin qalxmasıdır. İkincisi, bazarın monopoliyada olmasıdır”.
E.Hüseynov onu da bildirib ki, Azərbaycan əkinçiləri özlərinin istehsal etdiyi buğdadan çörək bişirə bilmirlər:
”Azərbaycanda toxumçuluq sahəsində böyük problemlər var. Keyfiyyətsiz buğda istehsal olunur. Ona görə buğdanı xaricdən alırıq. Bizdə yerli buğda heç də yemək üçün yararlı deyil. Azərbaycanda çörəyin qiyməti qalxanda o heç vaxt endirilmir. Əgər xaricdən gətirilən buğdaya əlavə dəyər vergisi tətbiq olunmasa, onda qiymətin enməsi baş verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya