“Davosda Azərbaycanın strateji layihələri dünyaya təqdim olunur”
Yusif Nəzərli
08:04 22.01.2020
İqtisadiyyat
761
“Azərbaycanın bu foruma qatılması, orada keçirilən görüşlər, xarici şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunması ölkəmizin iqtisadi inkişafına təkan verəcək”
“Davos İqtisadi Forumu Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri və şirkətləri ilə əməkdaşlığını təmin edir”.
Bu barədə “Sherg.az”a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib. Onun sözlərinə görə, Forumda Azərbaycan həqiqətləri, ölkəmizin böyük potensialı, respublikamızın həyata keçirdiyi strateji layihələr dünyaya təqdim olunur:
"Dünyanın ən nüfuzlu ölkələri və şirkətləri Azərbaycanla əməkdaşlığa cəlb olunur. Davos İqtisadi Forumu Azərbaycanda görülən bir sıra işlərə yüksək qiymət verir. Bu isə ölkəmiz üçün çox önəmlidir. Azərbaycanın bu foruma qatılması, orada keçirilən görüşlər, xarici şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunması ölkəmizin iqtisadi inkişafına təkan verəcək”.
Qeyd edək ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı, enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya