
Dərmanlar bahalaşır!
Yusif Nəzərli
02:32 30.07.2022
İqtisadiyyat
706
"Yerli istehsala başlamaq lazımdır"
Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində pərakəndə və kəskin artım müşahidə olunur. Tələbatı yüksək olan dərman preparatları ya tapılmır, ya da şişirdilmiş qiymətlərə satılır. Bütün bunlar azmış kimi Tarif Şurası bir sıra dərmanların qiymətini qaldırıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15 faiz civarında bahalaşıb. Ancaq elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, Medoklav dərmanının qiyməti 46 faiz artaraq 72 manata yüksəlib.

İqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda dərmanların və digər tibbi avadanlıqların yüksək qiymətə satılmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır:
"Yerli istehsalla bağlı müəyyən cəhdlər olsa da, nəticə effektsiz olub. İdxal prosesində belə rəqabət yoxdur. Ölkəyə dərman idxal edən təsərrüfat subyektlərinin sayı çox azdır. Bütün bunlar da son nəticədə dərman preparatlarının üzərinə qoyulan qiymətlərin daha yüksək olmasına gətirib çıxarır".
İqtisadçının sözlərinə görə, Tarif Şurasının dərmanların qiymətini bahalaşdırmasının ən əsas səbəbi isə qlobal inflyasiyalar, Rusiya-Ukrayna müharibəsidir:
“Ölkəyə gətirilən dərmanlar arasında Rusiyadan alınan preparatlar çoxluq təşkil edir. Müharibədən sonra da Rusiyada dərman istehsalı sahəsində ciddi problemlər ortaya çıxıb deyə Azərbaycana idxalın həcmi azalıb. Rusiyanın tibb sənayesində xammal ehtiyatının demək olar 80-82 faizi xaricdən idxal hesabına ödənirdi. Rusiyaya tətbiq olunan sanksiyalardan sonra həmin xammalın idxalında məhdudiyyətlər yaratdı deyə dərman sənayesində ciddi tənəzzül yaşanmağa başladı. Sözsüz ki, idxaldan asılı olan Azərbaycan da bu proseslərdən kənarda qala bilməzdi deyə dərmanların qiyməti sürətlə bahalaşır”.
Ekspertin fikrincə, baş verənlərdən nəticə çıxarıb yerli istehsala başlamaq lazımdır. Təbii ki, istehsal işini ölkədə təmin etmək kompleks yanaşma tələb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm