
Gömrük rüsumu ləğv edildi: Benzinin qiyməti aşağı düşəcək?
11:23 01.03.2024
İqtisadiyyat
690
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib: Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.
Bəs bu yenilik Azərbaycanda benzinin qiymətlərinə necə təsir edəcək? Rusiya benzinin ixracına qoyduğu məhdudiyyətin bununla bir əlaqəsi var?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, Rusiya hökümətinin 6 ay müddətində benzinin ixracına qoyduğu məhdudiyyət qonşu dövlətlərə aid deyil:
"Ümumiyyətlə, Rusiya 1 il ərzində 275 milyon ton neft emalı, maksimum 43 milyon ton müxtəlif markalı avtomobil yanacağını emal edir. Ən yaxşı halda isə təxminən 10-12 faizini ixraca yönəldirlər. Bu da 4 milyon tondan bir qədər artıqdır. Bu həcmlər qlobal bazarlarda neft məhsullarının qiymətinə elə də ciddi təsir göstərmir. Ancaq Rusiyanın neft məhsullarının ixracına keçən ilin avqustundan başlayaraq, qısamüddətli ixrac qadağası birbaşa neft hasilatının üzləşdiyi problemlərlə əlaqədardır. Rusiyaya tətbiq olunmuş sanksiyalarla bağlı beynəlxaq ixrac qabiliyyəti kifayyət qədər zəifləyib və satış bazarlarının coğrafiya imkanları daralıb. Bu səbəbdən müştəri bazarları uğrunda mübarizədə Venezuela və İranla ciddi rəqabətə girişib. Burada söhbət Asiya ölkələrindən olan Hindistan və Çindən gedir. Ona görə də Rusiya neft emalı zavodlarının xammalla yüklənməsində belə qərarlar qəbul edir. Ukrayna ilə müharibə Rusiyanın emal gücü bütövlükdə, neft təchizatları təsir altındadır. Azərbaycana gəlincə, oktan ədədi 95-dən az olan, ton başına 200 manatdan 1 manata endirilir. Həmçinin, idxal gömrük rüsumu ləğv olunur".

Z. Vəliyev vurğulayıb ki, Azərbaycanın Dövlət Neft Şirkəti olan SOCAR-ın aktivindəki Heydər Əliyev adına Bakı Neft emalı zavodunda modernləşmə işləri tam başa çatdırılmayıb:
"Buna görə də Aİ-92 markalı benzini kənar mənbələrdən idxal etməli oluruq. Şirkətin rəsmi saytında göstərilir ki, 2023-cü ilin sonuna kimi Heydər Əliyev adına Bakı Neft zavodunda yenidənqurma və modernləşmə işləri 2 mərhələ üzrə başa çatdırılacaq. Bu yeni qərarın Rusiyada benzin ixracı ilə qoyulan məhdudiyyətlə isə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, bu Azərbaycanın daxilində texnoloji prosseslərlə bağlıdır. Qiymətlərdə isə hansısa dəyişiklik baş verməyəcək. Çünki, Aİ 92 və dizelin dəyəri tarif şurası tərəfindən tənzimlənir. Ancaq bununla bağlı müvafiq qərar yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə