Mikayıl Cabbarov : "Ölkə iqtisadiyyatına sərmayə yatırın"
18:13 11.12.2019
İqtisadiyyat
654
Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti iki ölkənin iqtisadi və siyasi əlaqələri üçün mühüm əhəmiyyət daşıyır. “Report” xəbər verir ki, bunu Şuranın Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Əldə etdiyimiz nəticələr üzərində çalışırıq. Həmin nəticələr də Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin, bütövlükdə iqtisadi və siyasi əlaqələrin sürətlə artdığını göstərir. Həm Şuranın, həm də onun işgüzar tərəfdaşlarının fəaliyyətinə hər cür dəstək verməyə hazırıq”, - deyən nazir Şura qarşısındakı problemlərdən xəbərdar olmaq istədiklərini də qeyd edib.
“Bu problemlər həm təbii, həm də süni ola bilər. Onları birlikdə həll etməyə hazırıq. Mən sizi və sizin işgüzar tərəfdaşlarınızı Azərbaycan iqtisadiyyatına fəal şəkildə, cəsarətlə sərmayə yatırmağa çağırıram. Çünki Azərbaycan hökuməti sizi sözdə yox, əməldə dəstəkləyəcək”, - M.Cabbarov bildirib.
Nazir Şuranın fəaliyyətini şaxələndirməyin də əhəmiyyətini vurğulayıb: “İlk növbədə, bu, Şuranın əhatə etdiyi bazarların coğrafiyasına aiddir. Rusiya bazarında uğurla çalışırsınızsa, deməli, başqa bazarlarda da uğur qazana bilərsiniz. Həmçinin malların da çeşidi genişləndirilməlidir. Bu gün Azərbaycan mallardan çox xidmətlər ixrac edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya