"Ölkəmizdə dollara maraq azalıb"
06:11 04.08.2021
İqtisadiyyat
643
Əkrəm Həsənov: "Bunun səbəbi manatın son vaxtlar öz sabitliyini qoruması ilə əlaqəlidir"
2021-ci ilin iyun ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 24 milyard 157 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 591 milyon manat azalıb.
Cari ilin iyun ayında cəmi depozit və əmanətlərin 8 milyard 435 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 775 milyon manatı maliyyə təşkilatlarına, 13 milyard 946 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 729 milyon manat artıb, maliyyə təşkilatlarına məxsus depozitlər 319 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 1 milyard 180 milyon manat artıb. İyun ayında cəmi depozit və əmanətlərin 12 milyard 477 milyon manatı və ya 52 faizi xarici valyuta ilə yerləşdirilib.
Məsələ ilə bağlı bank işləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlama verərək qeyd edib ki, depozitlərin ötən illə müqayisədə azalmasının bir çox səbəbləri vardır: "İlk növbədə qeyd edim ki, pandemiya dövründə vətəndaşlar banklarda olan əmanətlərini çəkdilər.
Təbii ki, bu tendensiya yalnız bizdə deyil, bütün dünyada müşahidə olundu. Çünki insanların gəlirləri düşdü, həmçinin bəziləri pandemiya səbəbindən panikada oldular. Digər səbəb isə ötən il ölkəmizdə dörd bankın bağlanmasıdır. Bunun nəticəsində də banklar əmanət itirdi. Həmçinin, şirkətlərin və hüququ şəxslərin pandemiya dövründə iqtisadi aktivliyi xeyli aşağı düşdü. Buna görə də bankların vəsaitlərində kəskin azalmalar müşahidə olundu".
Ə.Həsənov vurğulayıb ki, bu günləri ölkəmizdə əksər insanlar milli valyuta ilə depozit qoymaqda maraqlıdırlar: "Ötən illərlə müqayisədə bu il əmanətlərin xarici valyutayla qoyuluşunun həcmi azalıb. Ancaq bundan öncəki illərdə həcm baxımından bu daha çox idi. Ölkəmizdə dollara olan maraq da azalıb. Bunun isə səbəbi manatın son vaxtlar öz sabitliyini qoruması ilə əlaqəlidir. Qeyd edim ki, manatla vətəndaşlara ödənilən əmanətlərin faiz dərəcəsi xarici valyutayla ödənilən faiz dərəcəsindən xeyli çoxdur. Yəni manatla 10-12 faiz, dollarla 1-2 faiz arasıdır. Məhz buna görə də, insanlar əmanətlərini milli valyuta ilə qoyurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm