Səfirin bahalaşmaya dair paylaşımı rezonans doğurdu! – “Azərbaycan bahalı ölkəyə çevrilir”
Yusif Nəzərli
13:58 31.08.2022
İqtisadiyyat
575
Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev öz sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, Bakıdakı kafe-restoranlarında qiymətlərin astronomik həddə olmasından şikayətlənib.
Eks-nazir bunları yazıb: "Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü kurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir".
Səfirin sosial şəbəkələrdə çoxsaylı oxucuları Vilayət Quliyevi dəstəkləyib. Şərhlərdə Bakının restoran və kafelərindən verilmiş "od tutub yanan" qəbzlər dərc etməyə başlayıblar.
Əslində sabiq nazirin iradı yeni deyil, mütəmadi olaraq belə etirazlarla rastlaşmaq mümkündür. Görünür, paytaxtda yerləşən "üstü bəzək, altı təzək" məkanlarda qiymətlərin fantastik dərəcədə bahalaşması artıq məmurları da dilə gətirib.
Məsələ ilə bağlı"Sherg.az"a danışan iqtisadçı- ekspert Rəşad Həsənovun qənaətincə, rəsmilərin dilindən gerçəkliyin səsləndirilməsi yaxşı haldır:
"İqtisadi siyasət ölkədə liberal bazar iqtisadi mühitinin formalaşması imkanlarını məhdudlaşdırdı. Təklifin inhisarlaşması prosesi surətləndi. Bazarımız lazımi qədər liberal olmadığı üçün bahalı xidmətləri istehsal edirik. Təklif bazarında iştirakçı sayı azdır.
Nəticədə mal və xidmətlərin təklifçiləri qiymətləri qaldırırlar. Azərbaycan xarici turistlər üçün bahalı ölkəyə çevrilir. Yerli istehlakçıların yararlandığı əksər xidmətlərin əlçatanlıq səviyyəsi aşağı düşür.
Miinimum orta aylıq əməkhaqqına və alıcılıq gücünə malik ölkədə belə qiymətlərin mövcudluğu “steykholder” (oxu: arzuolunan imkanlar ) formalaşdırmır. Hökumət ciddi addımlar atmalıdır. Müəyyən formada sahibkarlıq subyektlərinin bazara sərbəst daxil olması təmin edilməlidir".
Ekspert bildirib ki, qiymət artımlarını şərtləndirən digər faktor korrupsiya və rüşvətdir:
"Qeyri- qanuni ödəmələr məhsulun maya dəyərində müəyyən formada özünü göstərir. Müxtəlif qurumların təmsilçilərinin kafelərdən, restoranlardan, mağazalardan aldıqları rüşvəti hər bir Azərbaycan vətəndaşı ödəməli olur. Liberal bazar iqtisadiyyatına keçməliyik. Hər kəsə sərbəst fəaliyyət göstərmək imkanı yaradılmalıdır.
Dövlət əmlakının özəlləşdirilməsində ədalətlilik, şəffaflıq prinsipi qorunmalıdır. Kiçik, orta sahibkarlığın inkişafı ilə əlaqədər ciddi mövqe ortaya qoyulmalıdır.
Hökumətin əlində kifayət qədər alətlər var. Hansı sahələrdə təklif qıtlığı mövcuddursa, onda təklif mexanizmlərindən istifadə etmək lazımdır. Orta və uzunmüddətli dövrdə Azərbaycanda bazar qiymətlərinin optimallaşması mümkündür.
Vətəndaşlarımız da bu xidmətlərdən istifadə zamanı nisbətən üstün mövqeyə malik ola bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil