"TANAP Türkiyə və Azərbaycan üçün böyük perspektivlər açır"- Deputat
Yusif Nəzərli
12:50 01.12.2019
İqtisadiyyat
756
"TANAP qaz kəmərinin Avropayla birləşən hissəsinin açılış törənində Azərbaycan Prezidenti İlham Əliyev cənab Ərdoğanın yüksək liderlik keyfiyyətini nəzərdə tutaraq bu fikirləri səsləndirdi: "Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur."
Bəli, Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixində iz qoyan liderlərdən biri kimi qalacaq və bu gün dünya güclərinin təzyiqlərinə rəğmən qardaş ölkənin müstəqil siyasət yeritməsi həm də onun şəxsiyyətilə bağlıdır".
Bu barədə "Sherg.az"a millət vəkili Sahib Alıyev bildirib. Parlamentarinin sözlərinə görə, Azərbaycanla yanaşı digər türk dövlətlərinin, o sıradan da Türkiyənin müstəqillik potensialının artmasında, bu gün dünya çapında sözü keçənlərdən birinə çevirilməsində ulu öndər Hedər Əliyevin böyük rolu var
:
"Məhz onun işləyib-hazırladığı, reallaşdırdığı neft-qaz strategiyası heç bir karbohidrogen ehtiyyatı olmayan Türkiyəni milyardlar qazandırmaqla önəmli enerji oyunçusu etdi. Eyni zamanda da Xəzərin o tayındakı dövlətlərə istehsal etdikləri yanacağı Bakı-Ceyhan kəməriylə dünyaya çatdırmaq perspektivi yaratmaqla onları ancaq bir ölkədən tranzit asılılığından qurtardı. Məhz Bakı-Ceyhanın açılışından sonra o dövlətlər istehsal etdikləri neft və qazı əvvəlkindən bir neçə dəfə artıq qiymətə dünya bazarına çıxara bildirlər.
Və Bakı-Ceyhan təkcə Xəzər neftinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb etmir, cənab İlham Əliyevin də vurğuladığı kimi əgər zamanında o kəmər çəkilməsəydi, nə TANAP qarışıq Cənub Qaz Dəhlizi, heç nə də Bakı-Qars dəmir yolu layihəsi reallaşasıydı. Yenə də həm Xəzərin o tayındakı qardaşlarımız, həm də Türkiyə üçün böyük perspektivlər açan sonuncu iki layihənin əsas təşəbbüsçüsü və maliyyə yükünü öz üzərinə götürən isə Azərbaycan Prezidenti, Azərbaycan dövləti oldu.
Beləliklə, bir daha təkrar edirəm ki, bu gün qardaş Türkiyənin müstəqil və iddialı siyasət yeritməsində adını çəkdiyim layihələrin, o layihələri reallaşdıran ulu öndər Heydər Əliyevlə cənab İlham Əliyevin zəhmətləri danılmazdır, unudulmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya