Turizm sahəsində irəliləyiş: “Azərbaycana milyonlarla turist gəlir”
Yusif Nəzərli
12:58 16.01.2020
İqtisadiyyat
874
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib. Prezident qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir:
“Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır”.
Azərbaycanın turizm sektorunda ciddi irəliləyişlərin olduğunu deyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a söyləyib ki, turisti cəlb etmək üçün müxtəlif və zəncirvari şəkildə bir-birindən asılı olan məqamlardan istifadə etmək lazımdır:
Gərək cazibədarlıq yaradaq ki, ölkəmizə maraq yaransın. İllər boyu qonşu ölkələrdə-Türkiyədə, Gürcüstanda turizmin inkişafını görürük. İnfrasturuktur nöqteyi nəzərdən dövlətimizin imkanları Gürcüstandan daha əlverişlidir. Belə olduğu halda kompleks tədbirlər planı həyata keçirmək lazımdır.
Hər bir dövlət turizmin inkafı üçün ilk növbədə təhlükəsizlik məsələsinə diqqət yetirməlidir. Ölkə başçısı da çıxışında bu məqamlara toxundu. Təhlükəsizlik nöqteyi nəzərdən hansısa ölkədə sabitlik olmasa, həmin ölkəyə heç bir turist maraq göstərməz”.
İqtisadçı hesab edir ki, ölkəmizdə turizmin inkişafına təkan verən amillərdən biri də “ASAN Viza” sisteminin tətbiqi olunmasıdır:
"Əvvəllər viza məsələsinə görə Azərbaycana bir çox ölkələrdən turist gələ bilmirdi. Lakin “ASAN Viza”nın tətbiqi ilə Azərbaycana milyonlarla turist gəldi. Turizmlə bağlı uğurlarımızdan biri də məhz bu idi. Biz həm xidmətimizlə, həm qonaqpərvərliyimizlə turizmin inkişafına təkan vermişik. Ölkə başçısı tamamilə ətraflı şəkildə bütün məqamları vurğuladı.Əlbəttə, Azərbaycanda turizm sahəsi olduqca dinamik şəkildə inkişaf edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya