Un və çörək satışı bazarında monitorinqlər aparılır - RƏSMİ
Yusif Nəzərli
11:56 19.08.2022
İqtisadiyyat
815
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır.
Bu barədə qurumdan bildirilib.
“Hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya