Əliməmməd Nuriyev namizədliyini geri götürdü -AÇIQLAMA
Əliməmməd Nuriyev namizədliyini geri götürdü -AÇIQLAMA
07:58 31.07.2024
Siyasət
718
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev VII çağırış parlament seçkilərində iştirakla bağlı namizədliyini geri götürüb. Bu barədə Ə.Nuriyev sosial şəbəkə hesabında məlumat verib. Sabiq deptat bildirib ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verib.
“Sherg.az”aaçıqlamasında qərarı ilə bağlı müxtəlif səbəbləri əsas gətirən hüquqşünas qeyd edib ki, fəaliyyətində əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır:
“75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Hələ, müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir.
İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır”.
Ə. Nuriyev qeyd edib ki, Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əksəriyyət Lənkərana üz tutur:
“Kənd təsərrüfatı, turizm potensialının səmərəli istifadəsi çox-çox aşağıdır. Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotikə qarşı mübarizə məsələlərini qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin də çox faydası olmayacaq. Bu kimi faktları topladıq ki diqqətə ərz edək.
Bir sözlə mümkün olanın ən yaxşısını etdik. Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi.
Bu təşəbbüsümüzlə, yeni vizyon təqdim etməklə regionla əlaqədar siyasətin səmərəliyinin artacağına, əlaqədar şəxslərin daha məsuliyyətli olacağına əminəm.Fəaliyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır”.
Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP-ın namizədi Əliyev Sərvər Məlikməmməd oğludur.
İndiyədək isə bu dairədən seçilən Musa Qasımlı IV, V, VI çağırış Milli Məclisin deputatı olub. O, VII çağırış parlamentində də namizəddir.
Xatırladaq ki, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Vahid Əhmədov da bir neçə gün əvvəl 59 saylı Quba seçki dairəsindən namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan başqa, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən jurnalist Elşad Paşasoy da namizədliyini geri götürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
01:24 21.09.2026
Gündəm
Merz XDS sədri və kansler kimi fəaliyyətini davam etdirəcək
01:01 21.09.2026
Dünya
Arakçı ABŞ-dan öncə Qətərə səfər etdi
00:40 21.09.2026
Gündəm
Tələbələri təhdid edən şəxs universitetə bərpa olunacaq
00:18 21.09.2026
Cəmiyyət
Zelenski Tramp ilə Nyu-Yorkda görüşəcəyini açıqlayıb
23:35 20.09.2026
Aktual
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
22:51 20.09.2026
Aktual
İmran Xanın bacısı saxlanıldı
22:24 20.09.2026
Dünya
Göygöldə ər arvadını qətlə yetirib
22:06 20.09.2026
Hadisə
Zaur Kamalın vəziyyəti pisləşdi
21:45 20.09.2026
Şou
Madrid derbisinin qalibi müəyyənləşib
21:11 20.09.2026
Futbol
Tramp BMT-nin baş qərargahının Nyu-Yorkda qalmasını istəyir
20:50 20.09.2026
Aktual
Xudutəpədə gildən hazırlanmış ocaq qurğuları tapıldı
20:28 20.09.2026
Tarix
"Fənərbaxça" "Eyüpspor"u 8:0 məğlub edib
20:10 20.09.2026
Futbol
Xocavənd Şəhəri Günü qeyd olunub
18:45 20.09.2026
Sosial
Husilər yenə Səudiyyənin paytaxtına zərbə endirdi
18:37 20.09.2026
Gündəm
Tramp Pezeşkianla görüş ehtimalını istisna etmədi
18:33 20.09.2026
Gündəm
Azərbaycan Pakistana başsağlığı verdi
17:58 20.09.2026
Siyasət