Simpsonların “kəhanətləri” real hadisələrə hazırlıqdır? -ŞOK İDDİA

ABŞ-ın məşhur Simpsonlar cizgi serialı insanları dünyada baş verəcək hadisələrə hazırladığı iddiaları ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərə görə, Rusiya dövlət rəsmisi serialın müəlliflərinin bundan tamaşaçıları “proqramlaşdırmaq” və real həyatda baş verəcək hadisələrə hazırlamaq üçün istifadə etdiklərini iddia edib.

Hökumət rəsmisi söyləyib ki, “pərdəarxası rəislər” ictimaiyyətə təsir etmək üçün seriallardan istifadə edir:
"Biz tez-tez “The Simpsons”ın gələcəyi proqnozlaşdırdığını eşidirik. Amma bu, təsadüf deyil. Bunlar müəyyən qüvvələrin ictimai reaksiyanı yoxlamaq və insanları müxtəlif hadisələrə hazırlamaq üçün populyar mədəniyyətdən istifadə etmək üçün qəsdən cəhdləridir".
Rəsmi əlavə edib ki, serial epidemiyalar kimi real hadisələri “proqnozlaşdırır”.