İdmançı cocuqla foto paylaşdı

Kamil şəhid ailəsini ziyarət edib

Tanınmış məşqçi Kamil Zeynallı istər koronavirus dövründə, istərsə də sərhəddə ciddi döyüşlər gedən günlərdə xeyirxah əməlləri ilə xalqın rəğbətini qazandı. Biz onu gah  ehtiyacı olan ailələrə yardım aparanda, gah  da əsgərlərimizə dəstək üçün cəbhə bölgəsinə yollananda gördük. Vətəninə bağlı olan idmançı bu dəfə də şəhid ailəsini ziyarət edib.
O, Tovuz döyüşləri  zamanı  qəhrəmancasına  şəhid olan Azərbaycan ordusunun  hərbi  qulluqcusu  1996-cı il  təvəllüdlü  Elşad Məmmədovun evində qonaq olub. 
Sherg.az  xəbər verir ki, K.Zeynallı şəhidin oğlu və  atası  ilə şəklini  paylaşaraq bu sözləri yazıb:
"Şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmməd və atası Dönməz kişi. Allah bizə səbr verməsin. İnşallah, şəhidlərimizin qanı yerdə qalmasın. Səbr versə, hələ çox gözləyəcəyik".