Gülyaz Məmmədova qadınların plastik əməliyyatlara meyilli olmasına normal baxır
Günümüzün ən aktual və müzakirələrə səbəb olan məsələlərindən biri xanımların plastik əməliyyatlara meylinin artması və bu proseslərdən sonra yaranan problemlərdir.
Artıq simasında qüsuru olan da, olmayan da estetik cərrahlara müraciət edir. Kimisi özünü hansısa məşhura bənzətməyə çalışır, kimisi komplekslərinin qurbanına çevrilərək əməliyyata ehtiyac duyur. Bəzən isə bütün bunların sonu faciəylə nəticələnir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan sevilən xanəndə, Xalq artisti Gülyaz Məmmədova heç bir estetik əməliyyat keçirmədiyini söyləyib:
“Arada şəkillərə yazırlar, soruşurlar. Məndə estetik yoxdur, amma pis də baxmıram. İnsan var, görünüşü xoşuna gəlmədiyi üçün, yaxud da çəpər əyriliyinə görə burun əməliyyatı etdirir. Ona görə həmin insanlara yanlış fikir söyləmək ixtiyarını özümdə görmürəm. Hər kəsin öz arzusu, istəyi var. Ehtiyac yaransa, mən də elətdirəcəm. Hələ ki yoxdur. İnsanların azad fikirdir. Nə deyə bilərəm?”
Gülyaz xanım onu da qeyd edib ki, müğənnilər daim göz önündə olduğu üçün hamı bu dəbi birinci onların başlatdığını düşünür: “Amma müəllim, həkim və sair müxtəlif sahələrdə çalışan qadınlar da estetik gözəlliyə müraciət edirlər. Bir, iki nəfər deyil, milyonları əhatə edir. Artıq adi bir proses kimi baxılır.
Mən də normal yanaşıram. Həyatdır, hər kəsin ehtiyacı ola bilər. Həmçinin mənim də. Elə qadın var yaşlanır, üzündə dəyişikliklər olur. O da gözəl görünmək istəyir, ehtiyac duyur.
Xanımlar qırışları göstərmək istəmirlər. Bütün qadınlar gözəl olmaq istəyir. Yalan deyil ki, etiraf edək. Hamıya gözəllik və gözəl olmağı arzu edirəm”.