Xəbər verdiyimiz kimi, bu gün tanınmış meyxanaçı Vüqar Biləcəri dünyasını dəyişib. Ölüm səbəbi ilə bağlı dəqiq açıqlama olmasa da söz xridarının uzun müddətdi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Bu xəbərdən sonra meyxana aləmi yasa qərq olub. “Sherg.az” xəbər verir ki, söz xridarları sosial şəbəkə hesablarında üzüntülərini dilə gətiriblər.
Meyxanaçı Namiq Qaraçuxurlu özünün jüri olduğu yarışmada iştirak edən Vüqarın videosunu paylaşaraq bunları yazıb:
“Təəssüflər olsun bu dəfə sənə 5 verə bilmədik. Sənətinlə etimadımızı tam doğrultdun, Vüqar Biləcəri. Səhhətinlə bunu bacara bilmədin. Beləliklə, meyxana sənəti növbəti sənətkarını itirdi.”
Tanınmış söz ustadı Ələkbər Yasamallı keçirdiyi hissləri i belə ifadə edib:
“Dildə gəlmir bu sözü deməyə Allah rəhmət eləsin, ay kərbaləyi. Həyat səni nə tez aldı aramızdan... Kaş bu xəbər yalan olaydı”.
Pərviz Bülbülə mərhum meyxanaçı ilə birgə çəkdirdiyi fotonu paylaşaraq üzüntüsünü bu cür dilə gətirib:
“Allah sənə rəhmət eləsin, ay Vüqar. Biz toy xəbərini gözləyirdik, sən neynədin?!”