Xanəndə aydınlıq gətirdi: “Xəzər TV- dən mənə zəng etdilər ki...”

Bu gün sosial şəbəkələrdə tanınmış xanəndə Elnarə Abdullayevanın paylaşımı diqqət çəkib. Sənətkar qaval formasında, içində öz şəkili əks olunan çilçırağının fotosunu İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.  Lakin həmin çilçırağı məsxərəyə qoyanlar, lağ edənlər də olub.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən xanəndə rəylərə baxmadığını  bildirib:



“Şərhləri  heç oxumamışam ki, reaksiya da verim. Amma  şəklin altında da yazılıb. İdeya  müəllifi  Eldar Kərimovdur. Heç kim hədiyyə eləməyib, dizayn ediblər, biz də düzəltdirmişik.   Başqa heç nə yoxdur. ”

Bundan başqa, xanəndə yaxın günlərdə Xəzər TV- nin adından verilişə dəvət olunması və nəticədə bölməyə aparılmasına da aydınlıq gətirib:

“Hə, bu məsələ doğrudur. Sonradan  Xəzər TV - dən zəng elədilər. Dedim ki, yalandan deyə bilmərəm. Çünki onlar məni “Xəzər” televiziyasının adından dəvət ediblər. Xəzər TV - dən mənə zəng etdilər ki, bunlar “Xəzər” televiziyası yox, onların adından istifadə edənlərdir.  Sadəcə prodakşndır. ”