Gənc atanın intiharı Murad Arifi üzdü: “İçim darmadağın...” - Qandonduran paylaşım! (Fotolar)

“Kaş ki, elə o mahnıdakı "Varlığın belə yaşamağa bəsdir mənə" cümləsindən güc alaydı. Allah rəhmət eləsin..”

“Sabirabadda bir cavan ata, "Oğlum"mahnımın sözlərini öz oğlu üçün yazaraq, intihar edib. İçim darmadağın...Kaş ki, elə o mahnıdakı "Varlığın belə yaşamağa bəsdir mənə" cümləsindən güc alaydı. Allah rəhmət eləsin..”

“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni, bəstəkar Murad Arif rəsmi Feysbuk  səhifəsində yazıb. Sənətçi həmin şəxsin məktubundan bir hissəni də statusunda qeyd edib:


"Həyatda “Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi. Bu hamı üçün pis səslənə bilər. Amma sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, birazdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə söyləyirəm ki məni əsla qınamayın və pis olmayın!

Sən mənim həyatımsan, oğlum!
Olduğun yer nəfəsdir mənə
Sən qolum-qanadımsan, oğlum!
Varlığın belə yaşamağa bəsdir mənə.

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim! Heyif, heç bir şey göründüyü kimi deyil. Əlvida!”

Məlumat üçün qeyd edək ki, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib. Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırma aparılır.