Səbuhi İbayev:"Oğlum deyir, ata, utanmasam..."

“Oğlum deyir, ata, utanmasam, səndən yaxşı oxuyaram”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Söhbət var ” verilişində xanəndə Səbuhi İbayev söyləyib. O, açıqlamasına bunları da əlavə edib:

“Kiçik oğlumun 10 yaşı var. Səsi eynilə mənim səsimə bənzəyir. Amma oxumur, söyləyir ki, utanıram. Üstünə getmirəm, Düşünürəmn ki, bunun zamanını gözləmək lazımdır. Səsi qalsa, gələcəkdə bu sənətə yönləndirməyi fikirləşirəm”.

Proqramın aparıcısı Dilarə Əliyeva efirdən sənətçinin oğlu Turana səslənib:

“Gör, xala sənə nə deyir. O qədər səsi olmayıb utanmadan oxuyanlar var ki... Bu utancaqlığın daşını at. Səsin varsa, oxu, qoy səsi olmayanlar utansınlar. Evdə atandan məlumatlan, dondurmaya da meyil etmə. Özünə yaxşı bax. Sən bizə lazımsan”.