Azərbaycanlı aktyor dünyaca məşhur bu şəxsin övladı imiş... - FOTO

Gənc aktyor, rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.
Milli.Az xəbər verir ki, gənc istedad məşhur Azərbaycan rəssamı Sakit Məmmədovun övladıdır. 
Xatırladaq ki, Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədov qraf titulu verib. 
Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, "Opera" qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.