Yuri Şatunov ölümündən öncəki son görüntüləri... - VİDEO

 Rusiyada 80-90 - cı illərin məşhur pop - qrupu " Laskoviy may "in solisti Yuri Şatunov vəfat edib .
 "Sherg.az" "mediatimeaz"a istinadən xəbər verir ki ,sənətçinin həyatını itirməzdən əvvəlki görüntüləri yayılıb.Görüntülərdən məlum olur ki , dostları müğənnini Rastunovo kəndindəki xəstəxanaya aparıblar. Onlar xəstəxanada təxminən 10 dəqiqə vaxt keçiriblər. Daha sonra əfsanəvi ulduzu təcili yardım maşını ilə təxminən 20 dəqiqəlik yolu olan Domodedovo xəstəxanasına aparılanda onun ürəyi dayanıb . Qeyd edək ki , Y.Şatunovun 48 yaşı var idi.