Türkiyəli müğənni BDU-nun məzun günü ilə bağlı paylaşım edib 

Türkiyənin məşhur müğənnisi Hadisə Bakı Dövlət Universitetinin ( BDU ) məzun günü ilə bağlı paylaşım edib . 
"Sherg.az" " siyahsancag"a istinadən xəbər verir ki, altı mindən çox tələbənin iştirak etdiyi məzun günündə Hadisənin "Düm tek-tek " mahnısı ifa olunub. Pop ulduz isə mahnısı ilə rəqs edən BDU məzunlarının görüntülərini sosial şəbəkə hesabında paylaşıb . Tələbələr sözügedən musiqi sədaları altında rəqs edərək , əyləniblər .