Faiq Ağayev sənətkardırmı? - Jurnalistlə müğənni arasında gərgin anlar...


Jurnalist Tahirə Məmmədqızı və müğənni Əli Mirəliyev arasında növbəti dəfə qalmaqal yaşanıb. 
“Sherg.az” xəbər verir ki, bu mübahisə onlar “Space səhər” verilişində qonaq olarkən yaranıb. 
Qalmaqala səbəb T. Məmmədqızının Xalq artisti Faiq Ağayevə sənətkar deməsi olub:
“Faiq Ağayev illərdir liderliyini, iddiasını, sənətkarlığını ortaya qoyub. Hər zaman ondan yazmışıq. Mən ona sənətkar deyirəm. İnsanın 30 illik Azərbaycan səhnəsində fəaliyyəti var, Xalq artistidir”. 
Bu zaman Ə. Mirəliyev aparıcıya etirazını bildirib:
“Fikrimcə, sənətkar sözü ona düşmür. Bu, mənim fikrimdir. Xalq artisti o qədər var ki... Biri var oxuyur, adını bilmirəm, Miri Yusifdir deyəsən, o da Xalq artistidir. Üzeyir Mehdizadənin də sevənləri var. Neyniyək? Sənətkar sözü hər adam deyilmir. Sən nə danışırsan? Akif İslamzadə niyə Xalq artisti deyil? Sən düz danışmırsan”.
T. Məmmədqızı isə kifayət qədər tanınmış, sözünü demiş jurnalist olduğunu, öz fikrini düzgün ifadə etdiyini  bildirib. Aparıcı Rövşanə Ağasəfqızı isə qəzəblənən Mirəliyevin mikrofonunu bağlatdırıb. 
Bundan sonra ifaçı efiri tərk edib. 
Qeyd edək ki, daha əvvəl də efirdə Mirəliyevlə Məmmədqızının sözü çəp gəlmişdi.