Azərpaşa Nemətovla bağlı paylaşım:"Şuşadan danışıb, deyib güldük" 

Xalq artisti Firəngiz Mütəllimova ötən gün vəfat edən, Azərbaycan Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovla bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, bu haqda o, instaqramda yazıb:
“Əziz, dəyərli Azərpaşa müəllim. Allah sənə rəhmət eləsin. 3 gün bundan əvvəl teatrda görüşmüşdük. Şuşadan danışıb, deyib güldük. Heç kim bilmir ki, bir saniyədən sonra başına nə gələcək. Heyif. Sizi itirdiyimizə görə çox pis olmuşam. Məkanın cənnət olsun”.