Azər Paşa Nemətovu tənqid edənlərə:“Ölənin arxasınca “şirə dönmək”...”

Əməkdar artist Mehriban Xanlarova Azər Paşa Nemətovla bağlı tənqidi status yazanlara etiraz edib. 
“Sherg.az” xəbər verir ki, bu barədə o, instaqram hesabında post paylaşıb. 
Xanlarova ölümündən sonra Xalq artistinin ünvanına ağır ifadələr səsləndirənləri qınayıb:
“Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür - Allahın biləcəyi işdir!”.
Qeyd edək ki, dünən aktyor Hikmət Rəhimov ad çəkmədən status yazaraq “Sənə heç bir rəhmət düşmür”, - deyə, bildirib. 
Rəhimov illər əvvəl Azərbaycan Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılıb. 
Bundan əlavə Kamran Yunis və Kamran Ağabalayev də mərhumla bağlı sərt açıqlamalar verib.