"Azərpaşa müəllim əziyyəti olan insan idi" - VİDEO

“Mən burada işləmirəm. Mingəçevirdə qalıram. Nə vaxt teatra gəlsəm, onda görüşüb, salamlaşırdıq. Allah rəhmət etsin”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. O, mərhum Azərpaşa Nemətovla tanışlığından söz açıb:
“Azərbaycan teatrına itkidir, zəhməti çoxdur. Həm yetişdirdiyi aktyorlar, universitetdəki tələbələri ilə əziyyəti olan insan idi. Rejissorlarımızdan biri idi. Biz haradasa 40 ildən çoxdur tanış idik. Universitetdə paralel təhsil alırdıq. Mən aktyorluq üzrə oxuyurdum, o da rejissorluq. O zamandan salamımız var idi. Ondan başqa tədbirlərdə iştirak edirdik, tamaşaların premyeralarında iştirak edirdik”