Azərpaşa Nemətov Rasim Balayevi nə üçün çağırıb? - “Martın 10-da gəldim və...”


 “Azərpaşa müəllimlə biz 1965-ci ildə universitetə daxil olmuşuq. O, rejissorluğa, mən aktyorluğa. 58 ildir ki, dost idik”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor Azərpaşa Nemətovun vəfatı ilə bağlı kədərini dilə gətirib:
“Sənətkar ailəsində dünyaya gəlmişdi, atası Zəfər Nemətov da rejissor idi. Martın 10-da məni çağırdı, sənətkar medalı verdi, görüşdük. Elə bir-birimizlə danışırdıq, maşına qədər ötürürdü. Bir az ağrıyırdı, mənim də ağrılarım var idi. O, mənə təskinlik verirdi, mən ona. Bir sözlə Azərpaşa Nemətovun bu həyatdan getməyi Azərbaycan sənəti, teatrı və mədəniyyəti üçün böyük itkidir. İnsanları əvəz etmək olmur. Hərənin öz yeri var. Mən həm də böyük dost itirmişəm”.