Əbülfəs Qarayev qanun pozuntularından danışdı:"Günahkarlar cəza..." - ÖZƏL

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq artisti Azərpaşa Nemətovla vida mərasimində iştirak edib.
Ə. Qarayev “Sherg.az”a hazırda mədəniyyət sahəsində aparılan islahatlardan danışıb:
“Uğurlar diləyirəm. Düşünürəm ki, cənab Prezidentin  və Mehriban xanımın qayğısı nəticəsində Azərbaycan mədəniyyəti əvvəlki illərdəki kimi inkişaf edəcək və daha böyük zirvələrə çıxacaq. Əminəm ki, yeni təyin olunmuş şəxslər bu vəzifələrə layiqdirlər və var gücləri ilə çalışmalıdırlar. İndiki dövrdə mədəniyyətimizin dünya miqyasında tanınması üçün böyük işlər görməlidirlər. Mən onlara ancaq uğurlar arzulaya bilərəm”.
Sabiq nazir fəaliyyəti dövründə yol verilən qanun pozuntuları haqda suala gəlincə bunları söyləyib:
“Bilirsiz, bir dəfə demişəm,  qanun çərçivəsində qiymət verilib. Günahkarlar öz cəzalarını çəkiblər. Bu təbii prosesdir. Ölkədə bununla bağlı ciddi mübarizə gedir. Hesab edirəm ki, cənab Prezidentin apardığı bu mübarizə və siyasət uğurlu nəticə verəcək. 

Günahkarlar qanun çərçivəsində cəzalandırılır. Cəmiyyət inkişaf edir, insanlar öz mədəniyyətlərinə daha böyük maraq və məhəbbətlə yanaşırlar”.