"ƏSA"ya dövlət teatrı statusu verilməsi təklif olunur 

ƏSA teatrına dövlət teatrı statusu verilməsi təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxış edib.

O bildirib ki, ƏSA teatrı ölkədə fəaliyyət göstərən yeganə inkluziv teatrdır:

"Bu səbəbdən ona dövlət teatrı statusu verilməlidir".