İlkindən Rövşənəyə: “Yaxasından tutaram, deyərəm ki...”

“Aqressiv xanımdır. Efirimizdə aqressiyası olmayan, sakit veriliş aparanlar da var. Nə edək mənə də belə veriliş qismət oldu. Sadəcə orada bəzi ifadələr səsləndirir, ona görə  məsuliyyətə cəlb etmək olar. Gec gəlməyimlə bağlı dedikləri eybi olmaz. Amma xalqın adından danışıb hörmətsizlik etdiyimi deməsi... Bu kəlmənin altında böyük məna var”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızı haqda deyib. O, Rövaşəninin efirə gecikdiyi üçün ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Onun arxasınca gedib, üstünə düşərəm, çox pis nəticə verər. Bu da lazım deyil, Azərbaycan xanımıdır, bizim də böyük sayğımız, hörmətimiz var. Ona görə də mənə ciddi narahatlıq, aqressiya göstərəcək amil görmürəm. Dərnəgül körpüsündə tıxaca düşdüm, gecikdim. Qəbələ dairəsinə qədər tıxac idi. Saat 9-a, 10-a işləmiş çatdım. Hətta bir-iki dəfə də manevr etdim, dedim ki, yol polisi saxlayacaq. Ciddi qayda pozuntusu olmayıb. Kimsə mənlə aqressiya ilə danışsın, desin ki, İlkin mənə salam vermədi və sairə. 

Üzr istəyərəm. Amma xalqa hörmətsizlik etdiyimi desən, kim olursa, olsun, yaxasından tutaram, deyərəm məhkəməyə gəl. Xalqa hörmətsizlik edən ancaq düşmən ola bilər. Efirin bitməyinə 10 dəqiqə qalmış çatdım. Söhbət etdik, orada da düşüb. Dedi, gecikmisiz, mən də bir söz demədən, sakit çıxdım. Mənə demişdilər, saat 9-da gəl, mən də 9:25-də çatdım. 25 dəqiqə gecikdim, elə sənətçilər olub ki, heç gəlməyib. Amma mən ciddi, qlobal problem ola bilər ki, efirə getməyim. 

Əsəblə, stresslə çatmışam efirə. Gəlməsəydim, ora girməsəydim, başqa məsələ. Hörmətsizlik olardı. Xalqın adından danışmaq cinayətdir. Yalnız Prezident xalqın adından danışa bilər.  Başqa kiminsə ixtiyarı yoxdur”.