Müğənni göz yaşı içində:“Şəhidim var”


Müğənni Ayan Babakişiyeva örnək addım atıb.
“Sherg.az”  xəbər verir ki, bu barədə o, İnstaqramda paylaşım edib.
Ayan bildirib ki, ad günü olsa da, şəhid olan hərbi qulluqçularımıza hörmət əlaməti olaraq qeyd etməyəcək:
“Ad günüm olsa da, vətənimin 3 şəhid verdiyi ərəfədə nəinki qeyd etmək, heç bu barədə düşünə bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum. 3 şəhidim var. Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad deyil. İndi mən, əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu, Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərin sayəsindədir. Düşmənlə üzbəüz duran hər hərbçimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Həm də bu gün qədr gecəsidir. Ailəlikcə əsgərlərimiz üçün dua edirik. Allah hər birinin yardımçısı olsun”.