“Əqrəb mövsümü”nə sərt tənqid! - Rejissordan iradlara cavab

“İctimai” TV-nin viral olan “Əqrəb mövsümü” serialı aylar öncə final olsa da, hələ də danışılır. 
Ekran işindəki detallar hətta Milli Məclisdə də müzakirə olunub. 

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət komitəsinin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı serialıdakı bəzi məqamları tənqid edib. O bildirib ki, serialda tütündən istifadə kulminasiya nöqtəsinə çatıb. 

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən ekran işinin baş rolu və ssenari müəllifi Azər Aydəmir deyib ki, məsələyə münasibət bildirmək istəmir:

“Mənə bir neçə nəfər də açıqlama üçün zəng etmişdi. Reaksiya vermıəkl istəmirəm, şərhsiz. Milli Məclisdə deylib, sağ olsunlar, onların işləridir. Buna rejissor cavab verə bilər, mənlik bir şey yoxdur”. 


 
Layihənin rejissoru Emil Quliyev saytımıza açıqlamasında iradları haqlı hesab edib:
“Bilmirəm, axı nə cavab verim. Düzdür. Tənqiddir. Çıxışını eşitməmişəm. Belə bir şey səslənibsə, anlayıram ki, normaldır. Həm də çəkib göstərdiyimi normal hesab edirəm. İstəməzdim ki, belə olsun. Lakin bunu zərurətdən edirəm. Qəhrəmanın bir obrazı, xarakteri var. Bəzi insanlar siqaret çəkir, bəziləri yox. Qəhrəmanımın obrazı, yaşadığı həyat tərzi siqaret çəkməyi tələb edirsə, məcburiyyətdən göstərirəm. İstəməzdim belə olsun. Təəssüf ki, var reallıqdır. Filmin bir bədii həlli olmalıdır. Bunu belə görmüşəm, eynilə də ekrana ötürürəm. Onu göstərməsəm, tamaşaçını aldatmış olaram. Mən siqareti təbliğ etmirəm. Demirəm ki, siqaret çəkmək yaxşıdır. Təbliğat aparmıram. Amma, qəhrəmanın obrazı tələb edirsə, bundan da vaz keçə bilmərəm”.