“Əqrəb mövsümü”sərt tənqid olundu! - İradlara cavab+ "ŞƏRQ" TV-nin sujeti

“İctimai” TV-nin  səs-küy yaradan “Əqrəb mövsümü” serialı aylar öncə final olsa da, hələ də barəsində danışılır. 
Ekran işindəki detallar hətta Milli Məclisdə də müzakirə mövzusuna çevrilib.
Belə ki, aprelin 14-də parlamentin Mədəniyyət komitəsinin iclası keçirilib.
Toplantıda  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin seçilməsi məsələsinin müzakirəsi aparılıb. 
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev serialdakı bəzi məqamları tənqid edib. 
O bildirib ki, serialda tütündən istifadə kulminasiya nöqtəsinə çatıb. 
Ekran işinin baş rolu və ssenari müəllifi Azər Aydəmir Adil Vəliyevin fikrinə münasibət bildirmək istəməyib.
Layihənin rejissoru Emil Quliyev saytımıza açıqlamasında iradları haqlı hesab edib.
Qeyd edək ki, çox seriyalı bədii filmi yazıçı Ceyhun Hidayətlinin ”Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir  ssenariləşdirilib. Filmi “Pərdə” trilogiyasının yaradıcıları  səhnələşdirib. “Əqrəb Mövsümü” dram, triller, detektiv janrındadır.