Məleykə Əsədovadan küsülü olduğu Ramiz Məlikə JEST

Xalq artisti Məleykə Əsədova küsülü olduğu həmkarı Ramiz Məlikə barışıq əli uzadıb. 

Bu barədə “Sherg.az”a danışan aktrisa vəziyyəti ağır olan həmkarına cansağlığı diləyib:
“Allah bütün aktyorlarımıza cansağlığı versin. Eləcə də Ramiz Məlikə”. 

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasındakə mübahisəyə səbəb Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Məleykə Əsədova Ramiz Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.
Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.