Tanınmış türkiyəli yazıçı Bakıya gəlir


Türkiyəli məşhur yazıçı və şair Ahmet Ümit Bakıya gəlir.
Bakupost.az xəbər verir ki, o, V Milli Kitab Sərgisində iştirak edəcək.
Yazıçı sərgidə oxucuları ilə görüşəcək,“İstanbul xatirəsi”, “Patasana” və “Sirlər qapısı” kitablarını oxucular üçün imzalayacaq.
Görüşün vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, V Milli Kitab Sərgisi 27 may – 4 iyun tarixlərində İçərişəhərdə keçiriləcək.
Sərgi hər gün səhər saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək.
Sərgiyə giriş sərbəstdir.