Tina Törner dünyasını dəyişdi

Amerikalı müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib”, - müğənninin sözçüsü açıqlamasında bildirilir.
"Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.