İftixar Piriyev yenə öz ampluasında - Turan Etibaroğlu yazır

Hər şeyi özündə cəmləşdirmək nədi axı? Bir adam eyni anda bu qədər şeyi necə bacarır?  Mat-məəttəl qalmışam qardaş...
Bunu etmək üçün aşırı dərəcədə paxıl-qısqanc olmaq lazımdır ki, heç kimi yaxına buraxmayasan və göründüyü kimi hər şeyi özün edəsən! Təsəvvür edin yeni tamaşanın müəllifi, quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı məhz İftixar Piriyevdi... Bir neçə dəfə müəllimin rejissoru, rəssamı, hətta baletmeyster olduğu tamaşaları görmüşəm (görməz olaydım)... Bu eqonun səbəbi nədir? Niyə mənəmlik var? O boyda teatrda ştat yoxdu? Adama deyərlər sən "Azərpaşa Nemətovsan?"
Əyər "Burda mənəm, Bağdadda kor xəlifə" anlayışı ilə işləyirsizsə bütün işçi heyətini işdən azad edin. Özünüz qurun, özünüzdə oynayın, lap tamaşaçı da özünüz olun. Bitsin bu söhbət, olsun "İftixar Piriyev adına təkadamlıq teatr".
Özünüzü yormayın müəllim. İstedadlı ola bilərsiz! Buna sözüm yox. Teatr üçün bəzən çox yaxşı işlər görürsüz, amma paxıl olmayın!. Rəssam olan gənclər, peşəkar musiqi tərtibatçısı olan şəxslər var. Teatrın qapılarını açın, atalar demişkən "Macal verin uçana-qaçana". Yoxsa kənardan pis görünür. Dönə-dönə üzr istəyirəm ifadəmə görə "görməmiş" kimi görünür... 
Nəisə... Uğurlu işlər arzulayıram.