Teoman pensiyaya çıxdı

Türkiyəli məşhur rokçu Teoman təqaüdə çıxıb. O, ötən gün jurnalistlərə diqqətçəkən açıqlamalar verib.
Bakupost.az xəbər verir ki, 55 yaşlı Teoman jurnalistlərin təqaüdlə bağlı suallarını səmimi şəkildə cavablayıb.
Bildirib ki, insanlar onu gənclikdən avar kimi tanıdığı üçün bu onlara gülməli gəlir:
“Açığını bilmirəm. Menecerim mənə cib xərci verir, onu xərcləyirəm. Mənim pulla çox işim yoxdur, hələ də uşaq kimi yaşayıram. Aydan aya cib pulu alıram və buna uyğun yaşayıram. Amma təqaüdə çıxmaq məni çox sevindirdi”.
Teoman gərgin konsert marafonundan çıxdığını və bir müddət istirahət edəcəyini bildirib.
"Səyahət edəcəyəm, fitnessə gedirəm və İstanbulun dadını çıxarıram".