“Qladiator 2” gəlir

Baş rol Pol Mescala tapşırılıb

 
5 Oskar mükafatı qazanmış “Qladiator” filminin davamı “Qladiator 2” çəkilir. Tamaşaçı rəğbəti qazanmış məşhur filmlərin 2-ci, 3-cü hissələrinin çəkilməsi əvvəlkilərin şöhrətini heç vaxt təkrarlamasa da, istehsalçılar belə cəhdlər edir. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hələ də böyük maraqla izlənən və bəyənilən “Qladiator”la yanaşı “Blade Runner", "Prometheus", "Marslı" və "Cənnətin Krallığı" filmlərinə də imza atmış Ridley Skot filmin davamıyla şöhrətini artırmağa can atır. 

“Qladiator 2” filmində baş rol Pol Mescala tapşırılıb. P.Mescal filmdə “Qladiator”da imperator Mark Avrelinin qızı Lutsillanın kiçik yaşlı oğlu Lukusun gəncliyini canlandıracaq. Filmin hazırlıqları davam edir. Pol Mescal tamaşaçıya "Normal People" və "Günəş Sonrası" filmlərimdən tanışdır. 

“Qladiator 2” filmində isə aktyor ən böyük rolunu oynamağa hazırlaşır. Aktyor hazırlıqlarla bağlı videopaylaşım edib və izləyicilərdən bəyənmə toplayıb. Videoda aktyorun məşq zalında idman etdiyi görüntüləri yer alıb. İzləyicilər bu paylaşıma “nitqim tutuldu”, “bir az şok oldum” mesajları yazıb. “Qladiator 2 “ filminin çəkilişləri Fasda aparılır. Lakin yaşanan bir qəza səbəbiylə çəkilişlərə fasilə verilib. Filmin 2024-cü ilin noyabr ayında ekranlara çıxacağı bildirilir.