Xalq artistinin səhhəti necədir? - AÇIQLAMA

Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş var.

Bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

“Şükür, əvvəlki vaxtlara baxanda irəliləyiş hiss olunur. İndi bir az ayaqlarında ağrı və yuxu problemi var. Amma ümumi səhhətində yaxşılaşma hiss olunur”, - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicədən aldıqdan sonra öz istəyi ilə evə buraxılmışdı.

Həmçinin Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.