Tamara Sinyavskaya təltif edilib

Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, bu gün Tamara İlyiniçna Sinyavskayanın 80 yaşı tamam olur. O, görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı olub.