Azərbaycanın Barış Mançosu 62 yaşında: Diş çəkdirəndə hepatitə yoluxdu, övlad toyu görmədi


Bu gün məşhur aktyor , bir vaxtlar uşaqların sevimlisi  Ələkbər əminin , Ələkbər Hüseynovun anadan olmasından 62 il ötür.  Türkiyədə Barış Monço, Azərbaycanda Əkbər əmi uşaqların milli ruhda böyüməsinə, təlim tərbiyəsində eyni  yükü , rolu daşıyıb. 

Sherg.az xəbər verir ki, Azərbaycan Dövlət universitetinin aktyorluq fakültəsini bitirən Ələkbər Hüseynov bir müddət Şəki Dövlət Dram Teatrında calışıb, sonra Bakıya qayıdıb , ömrünün sonunadək Kukla teatrında calışıb. Ə.Hüseynovun ən böyük uğuru  onun AZTV-də hazırladığı "Hər birimiz bir çiçək" verilişi olub. Uşaqların sevimlisi olub.


 
Ə.Heseynov cox gənc yaşında dünyasını dəyişib.Dişini cəkdirən zaman infeksiya kecib , hepatit C - yə yoluxub. Həkimlərin diaqnozuna görə , pəhriz və davamlı müalicələrlə 8 il yaşaya bilərmiş.Amma allergik  olduğu ücün orqanizmi müalicələrin bəzilərini qəbul edə bilmir , yalnız 3 il yaşayayır. Bir oğlu , bir qızı olan Ələkbər əmi övladlarının hec birinin toyunu görmür.
Oğlu Cavidan övladlarından birinı atasının adını verir. Allah rəhmət eləsin, ruhu şad olsun. Əziz xatirəsi həmişə qəlbimizdədir...
Turan