İbrahim Tatlısəs üsyan etdi: “Siz bu qədər bəsitsiniz!”


Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bir müddət əvvəl sosial media hesabında “Yaşıl Vadinin Qızı” serialında “Melisa” obrazına həyat verən Beren Gökyıldız haqqında fikirlərini paylaşıb. O, Gökyıldıza 5-6 kilo arıqlamağı məsləhət görüb.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, İbo bunları yazıb:
“Yaşıl Vadinin Qızı” 5-6 kilo arıqlamalıdır. Arıqlayanda yanaqlarının şişməsi də azalacaq. Gözəl qızımızı Ankarada professorun kababxanasında gördüm, inşallah kabab həvəsi uzun sürməz. Qardaşını dinləsə, sevinərəm. Qızım, səni izləyirəm”.
Beren Gökyıldız Tatlısəsə illər əvvəl çəkdirdiyi foto ilə cavab verib. Tatlısəslə 4 yaşında tanış olduğu kababxanadan bir kadrı yayımlayan uşaq aktyor "Sözügedən kababçı" mesajını yazıb.
İbrahim Tatlısəsin 13 yaşlı aktyoru tənqid etməsinə digər reaksiya da gəlib. 71 yaşlı sənətçini hədəf alan adlardan biri də aparıcı Serap Paköz olub.
"Şiddətə meylli insanların əli dayansa da, ağzı dayanmaz. İbrahim Tatlısəs bu ölkədə şiddətin böyük qardaşıdır. Fiziki zorakılıq edə bilməyəndə psixoloji zorakılığa əl atır. Təəccüblənirik?Heç təəccüblənmirəm. Zorakılıq xarakter problemidir. Bundan özünü saxlaya bilmir”.
“İmperator”' ləqəbli İbo Serap Paközün geniş yayılmış sözlərinə belə cavab verib: “Allah rizası üçün bu yazıda nə var? Axtarmaq istəsəniz çox şey var. Mən içimdən keçən gözəllikləri yazdım, sən də qəlbinin çirkinliyini. Siz bu qədər bəsitsiniz!”

Turan