Britaniyalı müğənni Ceyn Birkin vəfat edib

Dünyaca məşhur britaniyalı müğənni və aktrisa Ceyn Birkin 76 yaşında dünyasını dəyişib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyalı müğənni və aktrisa Ceyn Birkin 76 yaşında vəfat edib. Fransa Mədəniyyət Nazirliyi 1960-cı illərdə Fransada məşhur simaya çevrilən Britaniya əsilli sənətçinin Parisdə dünyasını dəyişdiyini açıqlayıb.

Fransa mətbuatı səhhətində yaranan problemlərə görə may ayında konsertlərini yarımçıq qoyan müğənnini Parisdəki evində baxıcısı tərəfindən ölü tapıldığını yazıb.

Birkin fransız müğənni və aktyor Serge Gainsbourg ilə yaşadığı ehtiraslı sevgi və birlikdə oxuduqları mahnılarla yadda qalıb.

Birkinə 2002-ci ildə leykoz diaqnozu qoyulub. O, bir neçə il əvvəl verdiyi müsahibədə gəncliyində spirtli içki ilə münasibətindən və xərçəngin həyatını necə dəyişdiyindən danışıb.

Sənətçi 2021-ci ildə də insult keçirib və həmin il bir çox konsertlərini ləğv etməli olub. Keçən mart ayında kürəyini sındırdıqdan sonra yenidən konsertlərini ləğv etməli olub.

Turan