Əməkdar artist Rüfət Babayev vəfat edib

Dövlət “Qaya” ansamblının direktoru, əməkdar artist Rüfət Babayev vəfat edib.

APA xəbər verir ki, bununla bağlı xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, Rüfət Babayev Rusiyanın Moskva şəhərində ürək tutmasından dünyasını dəyişib.

Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri, xalq artisti Rauf Babayevin oğludur.

Allah rəhmət eləsin.