Çarli Çaplinin qızı Cozefina Çaplin vəfat edib

Britaniyalı komediya ustası və səssiz kino aktyoru  Çarli Çaplinin qızı Cozefina Çaplin 74 yaşında vəfat edib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktrisanın Parisdə dünyasını dəyişdiyi açıqlanıb.

Çarli Çaplinin 11 övladının 6-cısı olan Cozefina Çaplin 1970-ci illərdə böyük ekranda aktiv idi. Cozefina Çaplin cəmi 3 yaşında ikən atası Çarli Çaplinin rejissorluğu ilə çəkilmiş iki filmdə rol alır və “Honq Konqdan qrafinya” filmində kamera qarşısına keçib. 


 

Çaplin "Günəşə uçuş" filmindən sonra "Kenterberi nağılları"nda böyük rol oynayıb. Film Berlində “Qızıl ayı” mükafatını qazanıb. Bu uğurdan sonra əsasən fransız filmlərində rol alan Cozefina Çaplin 1976-cı ildə “Qırmızı gecələr” filmində yenidən diqqətləri üzərinə çəkib. Cozefina Çaplin 1990-cı illərdə kinodan uzaqlaşdı, daha sonra atasının Parisdəki malikanəsində yaşadı.

Turan