"Ermənilər konsertimizi ləğv etdirmək istəyirdilər"

Əməkdar artist Abbas Bağırov ötən il ABŞ-nin paytaxtı Vaşinqtonda verdiyi konsertdən söhbət açıb.


"Sherg.az" axsam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinin ermənilər tərəfindən ləğv olunmasına cəhd göstərildiyini bildirib:

"Çox böyük tədbir idi. Xalq artisti Ənvər Sadıqovla birlikdə getmişdik. Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə dəstək məqsədi daşıyırdı. Kennedi zalında azərbaycanlı olaraq ilk dəfə konsert verdik. Gələ bilməyən həmyerlilərimiz bilet alıb, ianə etmişdilər. O konsertləri vermək üçün nə qədər əziyyət çəkildi. Orada xeyli sayda erməni yaşayır. Nə qədər cəhdlər, etirazlar etdilər ki, konserti ləğv etsinlər".